Avropada yayımlanan "EU Reporter" Qarabağ müharibəsi ilə güclənən Ankara-Bakı əməkdaşlığının Rusiya-Ukrayna müharibəsində də mühüm rol oynadığını bildirib. "EU Reporter" vurğulayıb ki, ABŞ və Qərb iki ölkənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı anlayır.
Hafta.az-ın yazdığına görə, Avropada yayımlanan və Avropa İttifaqı xəbərlərini işıqlandıran nüfuzlu media orqanlarından olan “EU Reporter”in “Azərbaycan Ukraynanın Cənubi Qafqazdakı yeganə strateji müttəfiqidir” başlıqlı xəbərdə qeyd olunub ki, həm iki ölkə, həm də Türkiyənin liderliyi ilə Azərbaycan-Türkiyə ikilisi regionda Qərb üçün güclü balans yaradıb.
Rusiya-Ukrayna müharibəsi zamanı mətbuatda ənənəvi olaraq Ukraynanın ən yaxın müttəfiqi olan Gürcüstanın rusiyayönlü siyasət yürütdüyü, Ermənistanın isə başa çatan Qarabağ müharibəsindən sonra Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatların üzvü olduğu bildirilib. “Ukraynalılar Qarabağ müharibəsində Rusiyaya və Ermənistana qarşı Azərbaycanı dəstəklədi” bəyanatının yer aldığı xəbərdə “Bütün dünya Ermənistanın yanında olarkən, Dağlıq Qarabağ müharibəsində Ukrayna birlik və təşkilatlarının Azərbaycanı necə dəstəklədiyini azərbaycanlılar unutmayıb", - məqalədə deyilir.
“EU Reporter”in məqaləsində Türkiyənin liderliyi ilə bölgədə yaradılan balansın Qərb və Ukrayna üçün önəmli olduğu da vurğulanıb və bu ifadələrə yer verilib: “Azərbaycanın Rusiya ilə möhkəm əlaqələrini davam etdirməsi və Ukraynaya verdiyi dəstək Türkiyə tərəfindən də həyata keçirilir. Türkiyənin rəhbərliyi ilə Azərbaycan və Qazaxıstan beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Bu ölkələr, məsələn, Rusiyanın Krımı işğalını tanımırlar".
Türkiyə və Azərbaycanın bölgədə birlikdə mövcudluğunun və əhəmiyyətinin Qərb tərəfindən dərk edildiyini və tanındığını vurğulayan nəşr bu sözləri qeyd edib: “Azərbaycanın Türkiyə ilə tərəfdaşlığı açıq şəkildə Ukraynanın da geosiyasi maraqlarına uyğundur”.